Kral III Çarlzın qardaşı Endryu Mauntbatten-Vindzor amerikalı Virciniya Cuffreni susdurduğuna görə kral ailəsinə 12 milyon funt sterlinq (16,3 milyon dollar) borcludur.
Ucnoqta.az xəbər verir ki, The Sun qəzeti bu barədə mənbələrə istinadən məlumat yayıb.
Cuffre Şahzadə Endryuya qarşı ittihamlar irəli sürüb və iddia edib ki, o, 17 yaşında cinsi əlaqəyə girməyə məcbur edilən bir neçə kişidən biridir.
Qalmaqalın həlli üçün Endryu anası Kraliça II Yelizavetadan (1926-2022) 7 milyon funt sterlinq və əri Edinburq hersoqu Şahzadə Filipin (1921-2021) etibarnaməsindən 3 milyon funt sterlinq borc alıb. Qardaşı ona daha 1,5 milyon funt sterlinq borc verib, qalan hissəsi isə kral ailəsinin digər üzvləri tərəfindən verilib.