33 yaşlı kişi tüstüdən boğuldu

09:37 - 12 Fevral 2026 - ÖLKƏ İÇİ

Qusarda 33 yaşlı kişi tüstüdən boğularaq ölüb.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Aşağı Ləgər kəndində baş verib.

1993-cü il təvəllüdlü Ramik Müslümov fərdi evin yataq otağında elektrikli qızdırıcının yanaraq əriməsi nəticəsində kəskin qoxulu tüstüdən yatdığı yerdə boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti