"Qarabağ" 9 pillə irəlilədi

09:41 - 11 Fevral 2026 - İDMAN

"Qarabağ" klubu dünya reytinqində doqquz pillə irəliləyib.

Ucnoqta.az xəbər verir ki, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb.

"Köhlən atlar" 200 xalla 60-cı sırada qərarlaşıb.

Ölkənin digər təmsilçilərindən "Sabah" (96 xal) 224-cü yerdən 211-ə qalxıb. "Zirə" (63 xal) 389-cu mövqedən 418-ə, "Araz-Naxçıvan" (59 xal) 456-dan 468-ci pilləyə geriləyib.

502 klubun yer aldığı siyahıya Fransanın PSJ klubu (595 xal) başçılıq edir.

Xəbər xətti