İsrail Müdafiə Qüvvələri (İMQ) Suriyanın cənubunda sünni təşkilatı "Əl-Cama'a əl-İslamiyyə"nin silahlı qanadına məxsus silah anbarını aşkar edərək məhv edib.
Ucnoqta.az bildirir ki, İMQ-nin sözçü ofisi bu barədə məlumat verib.
İMQ bu hərəkətləri "Əl-Cama'a əl-İslamiyyə"nin şimal istiqamətində İsrail Dövlətinə və vətəndaşlarına qarşı terrorçu fəaliyyətlərini davam etdirməyə çalışması ilə izah edib.