Polşa döyüş təyyarələrini havaya qaldırdı

08:38 - 3 Fevral 2026 - SİYASƏT

Polşa Rusiyanın Ukraynada aktivliyi səbəbindən qırıcı təyyarələri havaya qaldırıb.

Ucnoqta.az bildirir ki, Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı bu barədə 3 fevralda X sosial media platformasında məlumat verib.

Nəşr bildirib ki, hərbi aviasiya Polşa hava məkanında fəaliyyətə başlayıb. Qırıcı təyyarələr və erkən xəbərdarlıq təyyarələri havaya qaldırılıb, yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemləri hazırlıq vəziyyətinə gətirilib.

Qeyd olunur ki, Polşanın hərəkətləri, iddia edildiyi kimi, hava məkanının təhlükəsizliyini və etibarlılığını təmin etməyə yönəlib.

Xəbər xətti