428 qumar saytına giriş bloklanıb - ETX

12:26 - 2 Fevral 2026 - Xəbər

Ötən il qanunla qadağan edilən informasiyanın yerləşdirildiyi 429 internet resursuna məhkəmə qətnaməsi əsasında Azərbaycan Respublikası ərazisində giriş məhdudlaşdırılıb.

Ucnoqta.az" xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Həmin internet informasiya ehtiyatlarının 428-i qumar oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatların yayılması, biri isə əqli mülkiyyət hüquqlarını pozan məlumatların yerləşdirilməsi ilə bağlı olub.

Xəbər xətti