Vaşinqton administrasiyası ABŞ-nin Rusiya neftinin alınması ilə əlaqədar Hindistan məhsullarına tətbiq etdiyi əlavə 25% tarifləri qaldırmaq niyyətindədir.
Ucnoqta.az xəbər verir ki, bu barədə bazar ertəsi "The Washington Post" (WP) qəzeti məlumat yayıb.
Ağ Ev rəsmisi nəşrə bildirib ki, ABŞ hökuməti Tramp tərəfindən Hindistanı Rusiya neftinin alınmasına görə cəzalandırmaq üçün tətbiq edilən əlavə 25% tarifləri qaldıracaq.