Bağdad və Ərbil İraqın Kürdüstan Muxtar Bölgəsindən Türkiyənin Ceyhan limanına boru kəməri ilə neft ixracı ilə bağlı razılaşmalarını daha üç ay uzadıblar.
Ucnoqta.az xəbər verir ki, İraq Neft Marketinq Şirkətinin (SOMO) direktoru Əli Nizar Rudaw TV-yə bildirib.
Onun sözlərinə görə, mərkəzi hökumət, Kürdüstan Muxtar Bölgəsinin rəhbərliyi və neft şirkətləri razılaşmanı "31 mart 2026-cı ilə qədər" uzatmaq barədə razılığa gəliblər.