İsrail PUA ilə iki "Hizbullah" döyüşçüsünü öldürdü

13:01 - 25 Dekabr 2025 - DÜNYA

"Hizbullah" hərəkatının silahlı qanadının iki üzvü Livanın şimalındakı Hoş əs-Seyid Əli kəndində İsrailin pilotsuz təyyarəsinin hücumu nəticəsində öldürülüb.

Ucnoqta.az bildirir ki, bu barədə Elnashra xəbər portalı məlumat verib.

Xəbər portalının məlumatına görə, ölən döyüşçülər raket zərbələrinə məruz qalan pikapda olublar. Hər ikisi aldıqları yaralardan hadisə yerində ölüblər.

Suriya ilə həmsərhəd olan ölkənin şimal hissəsindəki Hermel bölgəsi şiə milislərinin əsas dayaq məntəqələrindən biridir. 

Xəbər xətti