İsrail Hərbi Hava Qüvvələrinin pilotsuz təyyarəsi "Hizbullah"ın silahlı qanadının üzvlərini daşıyan maşını vurub.
Ucnoqta.az bildirir ki, bu barədə Naharnet xəbər portalı məlumat verib.
Xəbər agentliyinin məlumatına görə, hadisə cənubdakı Nəbatiyyə əyalətinin Tul kəndinin mərkəzində baş verib. Raket maşına dəyib və nəticədə alovlanıb. Döyüşçülər dərhal ölüb və onların sayı müəyyənləşdirilir.