Fransa kosmik müdafiəyə əlavə 4,2 milyard avro ayıracaq

00:16 - 13 Noyabr 2025 - DÜNYA

Fransa prezidenti Emmanuel Makron kosmik müdafiəyə əlavə 4,2 milyard avro ayıracağını açıqlayıb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu, Tuluzada Fransa Kosmik Komandanlığının qərargahının açılış mərasimində elan edilib.

Daha əvvəl bu dövrdə kosmik müdafiəyə 6 milyard avro planlaşdırılırdı.

Dövlət başçısı əlavə edib ki, buna ikili hərbi-mülki layihələr də daxil olmaqla, Fransanın mülki kosmik sənayesinin inkişafı üçün 16 milyard avrodan çox vəsait əlavə olunacaq.

Xəbər xətti