Filippində baş verən Super Tayfun Funq Vonq nəticəsində ölənlərin sayı 8-dən 18-ə çatıb.
Ucnoqta.az xəbər verir ki, ABS-CBN News bu barədə məlumat yayıb.
Xəbər agentliyinin məlumatına görə, ölümlərin əksəriyyəti torpaq sürüşmələri nəticəsində baş verib. Ölkədə ümumilikdə 28 nəfər xəsarət alıb, ikisi itkin düşüb.