"Qarabağ" hücum xətti üçün yeni transferini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ağdam təmsilçisi kolumbiyalı sol və sağ vinger kimi oynayan Kamilo Duranı heyətinə qatıb. O, həmçinin mərkəz hücumçusu kimi də oynaya bilir.
23 yaşlı oyunçunun son klubu Portuqaliyanın 2-ci liqasının təmsilçisi "Portimonense" olub.
Qeyd edək ki, Kamilo Duran karyerası ərzində 39 oyuna çıxaraq 9 qol vurub və 1 qolun ötürməsini edib.