"İnter Mayami"nin argentinalı ulduz futbolçusu Lionel Messi MLS çempionatının matçında "Nashville"ə iki qol vurub.
Ucnoqt.az xəbər verir ki, Messi 6 matçda 11 qol vuraraq liqa rekorduna imza atıb.
Messi həm də MLS tarixində ardıcıl 5 matçda iki qol vuran ilk oyunçu oldu.
"İnter Mayami" "Naşvill"i 2:1 hesabı ilə məğlub edib. MLS-in cari mövsümündə Messi 17 qol vurub, çempionatın bombardiridir.