ABŞ-nin onlarla universiteti xarici tələbələrə görə 1 milyard itirə bilər

09:57 - 8 İyul 2025 - DÜNYA

ABŞ-ni onlarla universiteti Donald Tramp administrasiyasının hərəkətləri ucbatından ölkəyə gəlməkdən imtina edən və ya gələ bilməyən yeni beynəlxalq tələbələrin ümumi təhsil haqqını təxminən 1 milyard dollar itirə bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti ABŞ-ni Təhsil Statistikaları üzrə Milli Mərkəzinin (NCES) məlumatlarının təhlilinə istinadən yazıb.

Nəşrin yazdığına görə, abituriyentlərə qarşı daha sərt fon yoxlanışı, viza rəsmiləşdirilməsinin gecikdirilməsi, həmçinin miqrantların həm sərhəddə, həm də universitet şəhərciyində saxlanması halları beynəlxalq tələbələrin və məktəb rəhbərlərinin narahatlığına səbəb olur.

Tədqiqata əsasən, tələbələrin 15%-dən çoxunun beynəlxalq olduğu 1000-dən az tələbəsi olan 162 təhsil müəssisəsi xüsusilə həssasdır.

ABŞ universitetlərinin təxminən 75%-i 2025-ci ildə beynəlxalq tələbələrin sayının azalacağını, əksəriyyətinin isə ən azı 10% azalacağını proqnozlaşdırır.

Xəbər xətti