Baş nazirin Londondakı evində baş verən yanğın araşdırılır

00:05 - 13 May 2025 - DÜNYA

London polisi Böyük Britaniyanın baş naziri Key Starmerin evində yanğınla bağlı xəbərləri araşdırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Bundan əvvəl Times qəzeti Starmerin evində giriş qapısının zədələnməsi ilə nəticələnən yanğın haqqında yazmışdı. Söhbət paytaxtın şimalında, siyasətçinin Dauninq-stritə köçməzdən əvvəl təxminən 20 il yaşadığı və mətbuatın yazdığına görə, hazırda kirayədə olan Qrafinya Rouddakı evdən gedir.

"Mayın 12-də saat 01:35-də London Yanğınsöndürmə Briqadası Countess Road, NW5-dəki evdə yanğınla bağlı polis məlumatlarına cavab verib. Binanın girişinə ziyan dəyib, lakin heç kim xəsarət almayıb. Təhqiqat tamamlanana qədər ərazi mühasirəyə alınacaq", - London polisinin mətbuat xidməti bildirib.

Xəbər xətti