Rusiya Krakovdakı baş konsulluğunun bağlanmasına cavab verəcək

00:02 - 13 May 2025 - DÜNYA

Rusiya Krakovdakı Baş Konsulluğunun bağlanmasına müvafiq idarələrarası prosedurları həyata keçirdikdən sonra cavab verəcək və Polşa tərəfini xəbərdar edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Bu qeyri-adekvat addımlara tezliklə adekvat cavab veriləcək. Varşavanın ikitərəfli münasibətlərə dağıdıcı, rusofobiya və sadəcə olaraq bir növ çılğın nifrət və təkcə Rusiyaya deyil, həm də öz vətəndaşlarına qarşı dağıdıcı addımlarına asimmetrik cavab veriləcək. Çünki bundan ilk növbədə öz vətəndaşları əziyyət çəkəcək. Onlar cavabsız qalmayacaq və buna adekvat cavab veriləcək”, - deyə Zaxarova vurğulayıb.

O əlavə edib ki, müvafiq idarələrarası prosedurlar həyata keçiriləcək.
"Təbii ki, Polşa tərəfi məlumatlandırılacaq", - diplomat yekunlaşdırıb.

Xəbər xətti