İsrail ordusunun itkiləri açıqlanıb

07:46 - 21 May 2024 - DÜNYA

Qəzza zolağının cənubunda Fələstinin radikal HƏMAS hərəkatı ilə döyüşlər zamanı İsrail Müdafiə Qüvvələrinin (İDF) iki əsgəri ağır yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Qəzza zolağının cənubunda gedən döyüşlər zamanı yaralanan hərbçilər tibbi yardım üçün təxliyyə olunublar. 

Ordunun mətbuat xidmətinin məlumatına görə, Fələstin-İsrail münaqişəsində 3543 İsrail əsgəri müxtəlif dərəcəli xəsarət alıb, onlardan 631-i ölüb.

Xəbər xətti