İrəvan XİN rəhbərlərinin Qazaxıstan görüşünün mümkünlüyünü nəzərdən keçirir

10:43 - 26 Aprel 2024 - SİYASƏT

İrəvan Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Qazaxıstanda görüşünün mümkünlüyünü nəzərdən keçirir

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

Badalyan qeyd edib ki, İrəvan Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Qazaxıstanda görüşünün keçirilməsi imkanını nəzərdən keçirir.

“Ermənistan Cənubi Qafqazda davamlı sülhün əldə edilməsi məqsədinə yönəlmiş vasitəçilik səylərini və ya danışıqlar platformalarını nəzərdən keçirir və bunun tərəfdarıdır, fundamental prinsipləri və qarşılıqlı razılaşdırılmış sənədləri, o cümlədən 1991-ci il sənədlərini dəstəkləyir”, - XİN sözçüsü bildirib.

Xatırladaq ki, Bakı Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Qazaxıstanda görüşünə razılıq verib.

Xəbər xətti