Qəzzada üç İsrail hərbçisi həlak olub

08:13 - 6 May 2024 - DÜNYA

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının cənubunda Fələstinin radikal HƏMAS hərəkatı ilə döyüşlər zamanı üç əsgərin öldüyünü təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” qəzeti məlumat yayıb.

Məlumata görə, HƏMAS yaraqlılarının Rəfahdan Kərəm Şalom bölgəsinə endirdiyi raket zərbələri nəticəsində üç hərbiçi həlak olub,daha 11 əsgər yaralanıb.

 İsrail ordusunun Qəzza zolağında quru əməliyyatı başlayandan bu yana İsrail hərbçilərinin ölənlərinin sayı 266-ya çatıb. Həlak olan hərbçilərin ümumi sayı 611 nəfər olub.

Xəbər xətti