Sülh müqaviləsinin bağlanması prosesi ən qısa zamanda başa çatdırıla bilər - Simonyan

12:18 - 6 May 2024 - Xəbər

Azərbaycanla sülh müqaviləsinin bağlanması prosesi ən qısa zamanda başa çatdırıla bilər və tamamlanmalıdır

Ucnoqta.az xəbər verir ki, bunu Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan bildirib.

“Mən keçən ilin sonunda dedim ki, Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün imkan və siyasi iradə var bu istiqamətdə getmək və iş görmək olacaq”, - Simonyan deyib.

“Uyğunsuzluqlara yer olmaması çox vacibdir. Bütün ifadələr hər iki tərəf üçün aydın olmalıdır”, - o, əlavə edib.

Xəbər xətti