Bakıda bu məkanlarda nasaz maşınlar satılır

09:46 - 26 Aprel 2024 - AVTO

Rəsmi dilerə məxsus avtomobil salonlarından başqa digər avtosalonlarda əksər hallarda müştəriyə nasaz avtomobillər təqdim edilir.

Milli.Az ikinci əl maşın satan avtosalonlardan uzaq durmaq üçün səbəbləri sadalayır:

Əvvəla, nasaz avtomobil saz adı ilə olduğundan baha qiymətə satılır, ikincisi, kimsənin əlimyandı vəziyyətdə satdığı maşını ucuz qiymətə alınıb, üzərinə 2,3 min manat əlavə edərək satışa çıxarılır.

Hətta, bəzi işbazlar avtomobilin orijinal detallarını keyfiyyətsizləri ilə əvəzlədikdən sonra onu satışa buraxırlar.

Maşının beynindəki xətaları xüsusi proqramlar vasitəsi ilə silən bu alverçilər maşını problemsiz adı ilə təqdim edirlər.

Avtomobilin orijinal yürüşünün az göstərilməsi də alverçilərə xas olan xüsusiyyətdir.

Bu kimi halları nəzərə alaraq ikinci əl maşın satan salonlardan və alverçilərdən maksimum uzaq durmağınızı tövsiyyə edirik. Əks halda, gününüzün çox hissəsi ustalarla birlikdə keçəcək.

Xəbər xətti