Azərbaycanda general vəfat etdi

08:55 - 26 Aprel 2024 - Xəbər

Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə "iqtisadiyyat.az" saytı məlumat yayıb.

Məlumata görə, A.Əliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Arif Əliyev uzun illər gömrük orqanlarında xidmət edib. Ona 2006-cı ildə gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.

Xəbər xətti