Çayda çimən 22 yaşlı gənc batdı

16:14 - 16 İyun 2026 - ÖLKƏ İÇİ

Tovuz rayonunda bədbəxt hadisə baş verib.

Ucnoqta.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Dondar Quşçu kəndi ərazisindən keçən çayda qeydə alınıb.

Məlumata görə, Ağdam rayon sakini, 2004-cü il təvəllüdlü İlham Şirinov çayda çimərkən suda batıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları cəlb olunub.

Hazırda batdığı bildirilən şəxsin tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Xəbər xətti