Avropa Birliyi (AB) 2025-ci ildə Ukraynaya 2 milyon mərmi tədarük etmək öhdəliyini yerinə yetirib.
Ucnoqta.az xəbər verir ki, AB Xarici İşlər Xidmətinin rəhbəri Kaja Kallas bunu jurnalistlərə planlaşdırılan AB nazirlər görüşündə çıxış edərkən bildirib.
O, Ukraynanın müdafiəsi üçün vacib olan 2 milyon mərmi tədarük etmək təşəbbüsü hədəfinə çatdığını deyib.