Abşeronda beşotaqlı ev yanıb

15:05 - 23 Avqust 2025 - HADİSƏ

Abşeron rayonunun Saray qəsəbəsi, Muxtar Abbasov küçəsində yerləşən fərdi yaşayış evində yanğın hadisəsi qeydə alınıb.

“Report” məlumat verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb edilib.

İlkin məlumata görə, 5 otaqdan ibarət olan ev tamamilə yanaraq külə dönüb.

Yanğının səbəbləri araşdırılır.

Xəbər xətti