Belarus hakimiyyəti Rusiya prezidenti Vladimir Putin və Vladimir Zelenski arasında görüş təşkil etməyə hazırdır.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Vedomosti” qəzetinə Belarus prezidentinin mətbuat katibi Natalya Eysmont məlumat verib.
“Belarus vasitəçi rolunu istəməyib və istəmir, lakin qardaş respublikamızda sülh üçün lazım olarsa, biz istənilən görüşü təşkil etməyə hazırıq. Və biz hər şeyi ən yüksək səviyyədə aparacağıq. Lakin Belarus prezidenti amerikalı həmkarı ilə bu mövzunu müzakirə etməyib”, o bildirib.