Danimarka Ukraynaya əlavə 68,23 milyon dollar ayırır

16:29 - 9 İyul 2025 - İQTİSADİYYAT

Danimarka hökuməti Ukraynanın yenidən qurulması üçün əlavə 435 milyon kron (68,23 milyon dollar) ayırmaq qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyi mətbuata açıqlamasında bildirib. Müvafiq investisiya sazişləri iyulun 10-da Romada Ukraynanın yenidən qurulması üzrə konfransda (URC2025) xarici işlər naziri Lars Løkke Rasmussen tərəfindən imzalanacaq.

Rasmussen bildirib ki, Ukraynaya həm mülki, həm də hərbi dəstək onun mümkün olan ən güclü danışıqlar mövqeyinə malik olmasını təmin etmək üçün çox vacib olduğundan, Danimarka indi yenidənqurma üçün əlavə 435 milyon kron ayırır."

Xəbər xətti