Yer üzündə maqnit qasırğası ən azı iyunun 3-dək davam edəcək, gücü vaxtaşırı dəyişəcək,
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Tətbiqi Geofizika İnstitutunun nümayəndəsi bildirib.
Bildirilir ki, geomaqnit qasırğaları əsasən G1-G2, G3-G4 dövrləri ilə tac kütləsinin atılmasının davam edən təsirləri ilə əlaqədar iyunun 2-nin sonuna kimi gözlənilir. İyunun 3-də geomaqnit qasırğasının səviyyəsinin G1 səviyyəsinə enməsi gözlənilir.
Maqnit qasırğası demək olar ki, bir sutkadır ki, Yer kürəsində davam edir, hazırda onun səviyyəsi iyunun 1-də qeydə alınan çox güclü (G4) səviyyəsindən G1-ə (zəif) düşüb.