Qubada bir nəfər kanalda batıb

10:51 - 2 İyun 2025 - ÖLKƏ İÇİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Quba rayonu, Quba şəhərində 1 nəfərin suvarma kanalında batması barədə məlumat daxil olub.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Xəbər xətti