İngiltərənin "Liverpul" klubunun sabiq baş məşqçisi Yurgen Klopp İtaliyanın "Roma" futbol klubuna rəhbərlik edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə “La Stampa” qəzeti məlumat yayıb.
Məlumata görə, Klopp “Roma” ilə danışıqlar aparıb və mayın 18-də komandaya rəhbərlik etməyə razılaşıb. “Roma”nın hazırkı baş məşqçisi cari mövsümün sonunda postunu tərk edəcək italiyalı Klaudio Ranyeridir.
Kloppun 57 yaşı var, mütəxəssisin karyerasında sonuncu klubu “Liverpul” olub.