Suriyaya qarşı sanksiyalar yüngülləşdirilə bilər

19:22 - 12 May 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Suriyaya qarşı sanksiyaların ləğvi də daxil olmaqla, əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Ucnoqta.az xəbər verir ki, dövlət başçısı Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
"Biz onunla işləyirik, o cümlədən Suriya məsələsi. Yeri gəlmişkən, biz sanksiyalarla bağlı qərar qəbul etməliyik ki, onu asanlıqla yüngülləşdirə bilərik. Biz onları aradan qaldıra bilərik, çünki onlara təmiz səhifədən başlamaq üçün imkan vermək istəyirik", -Tramp deyib.

Tramp qeyd edib ki, Ərdoğan artıq ondan Suriyaya qarşı sanksiyaların ləğvi mümkünlüyü barədə soruşub.

Xəbər xətti