Naxçıvanda evdən 22 min dollar oğurlandı

10:39 - 12 May 2025 - ÖLKƏ İÇİ

Şərur rayonu ərazisində yerləşən evlərin birindən 22800 dolların oğurlanması barədə polisə məlumat daxil olub.

Ucnoqta.az xəbər verir ki, Şərur Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən 31 yaşlı Rauf Zeynalzadə və Məhəmməd Mahmudov saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti