ABŞ əvvəlki Amerika lideri Co Baydenin ticarət siyasətləri səbəbindən gündəlik 5-6 milyard dollar itirirdi.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin hazırkı rəhbəri Donald Tramp NBC News telekanalına müsahibəsində bildirib.
"Bayden dövründə biz gündə 5-6 milyard dollar itirirdik. Mən bunu rekord müddətdə əla səviyyəyə endirdim. Cəmi 100 gündür, amma təsəvvür edin, ticarətdə gündə 5 milyard dollar itirirdik", - Tramp deyib.
O, qoyduğu tariflərin ABŞ-ı çox zəngin ölkəyə çevirəcəyinə əminliyini ifadə edib və medianı onun tarif siyasətini həddən artıq tənqid etməkdə ittiham edib.