BŞBPİ yol polisinin sürücüdən rüşvət alması videosu ilə bağlı araşdırmalara başladı

16:25 - 3 Oktyabr 2019 - Xəbər

Bakı Şəhər Baş Polis İdarəsi paytaxda Dövlət Yol Polisi əməkdaşlarının sürücüdən rüşvət alması ilə bağlı sosial şəbəkədə yayılan videogörütü ilə bağlı açıqlama verib.

İdarənin Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev bildirib ki, hazırda həmin görüntü ilə bağlı müvafiq araşdırmalar aparılır. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə geniş məlumat veriləcək./trend

Xəbər xətti