ABŞ-ın Vayominq ştatında gələcəkdən gəldiyini iddia edən Bryant Conson həbs olunub. 2048-ci ildən gəldiyini iddia edən Conson yad planetlilərin dünyanı işğal edəcəyini deyərək ölkə başçısı və bələdiyyə sədrləri ilə görüşmək istəyib.
Polis əməkdaşları onu sakitləşdirməyə çalışsa da, Conson təkidlə 2048-ci ildən gəldiyini, yad planetlilərin çox yaxın zamanda Yer planetini işğal edib insanları əsir götürəcəklərini deyib.
"Mən 2018-ci ilə gedəcəkdim, yanlışlıqla 2017-yə gəlmişəm", - deyən Conson polis əməkdaşları tərəfindən xəstəxanaya aparılıb. Heç bir xəstəliyi olmadığı müəyyənləşdirildikdən sonra o, həbs olunub. (publika.az)