Ermənistan ordusunun daha bir hərbçisi müəmmalı şəraitdə ölüb

16:18 - 10 Oktyabr 2017 - Xəbər

Ermənistan silahlı qüvvələrində müqavilə əsasında buldozerçi vəzifəsində xidmət edən sıravi Murad Ovanesyan oktyabrın 4-də müəmmalı şəkildə ciddi bədən xəsarətləri alıb. "Report"un xəbərinə görə, ağır vəziyyətdə təcili xəstəxanaya yerləşdirilən 1964-cü il təvəllüdlü M.Ovanesyanın halı daha da pisləşdiyindən həkimlər onun həyatını xilas edə bilməyib. O qısa müddət ərzində xəstəxanada ölüb. Hadisə ilə bağlı Ermənistanın hüquq-mühafizə orqanları araşdırma aparır.

Xəbər xətti