Bakıda II Şopinq Festivalın keçiriləcəyi tarix açıqlandı

11:43 - 27 Sentyabr 2017 - Cəmiyyət

Gələn ayın 15-dən noyabrın 15-dək Bakıda 2-ci Şopinq Festivalı keçiriləcək. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 27 sentyabr - Ümumdünya Turizm Günü ilə əlaqədar bu gün keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, həmin müddətdə ticarət mərkəzlərində müəyyən endirimlər olacaq.
Ə.Qarayev deyib ki, ilk Şopinq Festivalın keçirilməsinə 700 min manat xərclənib.

Xəbər xətti