Balakən rayonunda zəlzələ olub. AMEA nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkan bu gün saat 13.06-da Balakən rayonu ərazisində qeydə alınıb.
Maqnituda 3.8 olan, 5 km dərinlikdə baş verən zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.modern