MTN işi məhkəməsində zərəçəkmişlə general arasında mübahisə düşdü

13:11 - 21 Sentyabr 2017 - Xəbər

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib. APA-nın məlumatına görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə E. Quliyev bildirib ki, iclasa gələn şahidlər öyrədilib. Bu, zərərçəkmiş Maqsud Mahmudovun narazılığına səbəb olub. M. Mahmudov deyib ki, E. Quliyev kimi generallar MTN-i dağıdıblar.
Bu zaman E. Quliyev zərərçəkmişləri "dələduz" adlandırıb. Tərəflər arasında mübahisə yaranıb. Onlar bir-birlərinin ünvanına təhqiramiz sözlər işlədiblər.
M. Mahmudov stəkandakı suyu E. Quliyevə atıb. Bundan sonra hakim M. Mahmudovun zaldan çıxarılmasına göstəriş verib.
Proses sentyabrın 22-də davam etdiriləcək.

Xəbər xətti