Milli Məclisin sabiq deputatı vəfat edib

17:06 - 15 Sentyabr 2017 - Xəbər

Milli Məclisin sabiq deputatı Aydın Həsənov vəfat edib.  Mərhumun cənazəsi bu gün doğulduğu Cəlilabad şəhərinə gətirilib və şəhər qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, A.Həsənov 1942-ci ildə Cəlilabad şəhərində anadan olub. Uzun illər hərbi komissarlıq sahəsində çalışıb, ehtiyatda olan polkovnikdir. A.Həsənov III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Allah rəhmət eləsin! 
report

Xəbər xətti