Dövlət Statistika Komitəsi Azərbaycandakı demoqrafik vəziyyətlə bağlı növbəti məlumat açıqlayıb. Komitədən Ucnoqta.az-a verilən məlumata görə, 2017-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycan əhalisinin sayı 48879 nəfər və ya 0,5 faiz artaraq avqust ayının 1-i vəziyyətinə 9 milyon 858 min 860 nəfərə çatıb. Əhalinin 53 faizi şəhər, 47 faizi kənd sakinləridir, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olmuşdur. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.