Prezident: “2019-cu ildə Bakının bütün məktəbləri ən yüksək standartlara cavab verəcək”

14:30 - 15 Sentyabr 2017 - Xəbər

“Son illər Bakıda, Azərbaycanda məktəblərin əksəriyyəti təmir olunub. Yeni məktəblər, korpuslar tikilib”. Bunu bu gün prezident İlham Əliyev Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni binasının məktəbin müəllim və şagird kollektivi ilə görüşdə söyləyib. 
Dövlət başçısı deyib ki, Bakıda 300-dən çox məktəb var: “Son məlumata görə, 20-ə qədər məktəbin təmirə ehtiyacı var. Əminəm ki, gələn il, əgər çatdıra bilməsək, 2019-cu ildə Bakının bütün məktəbləri ən yüksək standartlara cavab verəcək. Bu il Bakıda 10 məktəb əsaslı təmir olunub, tikilib. Ölkə üzrə isə 70-dən çox məktəb təmir olunub, tikilib. İndi bölgələrdə tez tikilən modul tipli məktəblər tikilir. Onlar 100-ü bu il və gələn il istifadəyə verilməlidir. Qəzalı məktəblərlə bağlı problem də yaxın 2-3 il ərzində həllini tapmalıdır”.Apa

Xəbər xətti