"AtaTravel" MMC "Baku Travel Bazaar 2017" tədbirində iştirak etdi

10:15 - 15 Sentyabr 2017 - Xəbər

 Sentyabrın 14-də "AtaTravel" MMC "Baku Travel Bazaar" tədbirində iştirak etdi. Tədbirin məqsədi iştirakçıları potensial tərəfdaşlarla və müxtəlif istiqamətlər üzrə yeniliklərlə tanış etmək, daha sıx əməkdaşlıq əlaqələri qurmaqdan ibarətdir. "AtaTravel" MMC-nin tur operatoru Rəvan Əhmədov tədbirlə bağlı bildirdi ki, tədbirdə "Raffles Seychelles", "Consul Travel Service", "Conrad İstanbul Bosphorus", "Gural Premier Hotels & Resorts", "Megeve Tourism", The Ritz-Carlton Dubai" və digər şirkətlərin nümayəndələri ilə görüşlər keçirildi. Görüşlərdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.
 “AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda  “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku”  oteli fəaliyyət göstərir.  2011-ci ildə təsis edilmiş  “AtaTravel”  turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət  öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlər göstərir.


Xəbər xətti