“Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında “Artilleriya atəşinin ustaları” və “Snayper həddi” müsabiqələrinin təntənəli açılış mərasimi keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, Azərbaycan hərbçilərinin də iştirak etdiyi hər iki müsabiqə avqustun 1-dən 9-dək Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək.