DİN Lənkərənda yeni doğulan körpənin ölümü ilə bağlı məlumat yayıb

12:57 - 31 İyul 2017 - Xəbər

Daxili İşlər Nazirliyi (DİN) Lənkəran rayonunda yeni doğulan körpənin ölümü ilə bağlı məlumat açıqlayıb. DİN-dən verilən məlumata görə, Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyev uşaq arabasında olan 5 günlük qızının yoxa çıxmasını bildirib. İyulun 30-da saat 6.03 radələrində Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyev DİN-in “102 Zəng Mərkəzi” nə zəng edərək yaşadığı evdə uşaq arabasında olan 5 günlük qızının yoxa çıxmasını bildirib. Həmin gün saat 6.31 radələrində Ş.Nuriyev təkrarən zəng edərək uşağın meyitinin həyətindəki su quyusunda olmasını bildirib. Hadisə yerinə gələn Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən uşağn meyiti su quyusundan çıxarılıb. Faktla əlaqədar cinayət işi başlanılıb. Lənkəran ŞRPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Xəbər xətti