Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. MSK sədri Məzahir Pənahovun rəhbərliyi ilə keçirilən iclasda əvvəlcə MSK-nın 21 iyul 2017-ci il tarixli protokolu təsdiq edilib.
Komissiyanın qərarı ilə 43 saylı Sumqayıt üçüncü və 105 saylı Tovuz seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib. Daha sonra cari məsələlərə baxılıb.