“Məktəblinin psixoloji durumunun yüksəldilməsi keyfiyyətli təhsilin əvəzsiz elementdir”

13:45 - 5 İyun 2017 - Cəmiyyət

“Gənclərin İqtisadi, Sosial və Mənəvi İnkişafına Yardım” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə  dəstəyi ilə “Məktəblinin psixoloji durumunun yüksəldilməsi keyfiyyətli təhsilin əvəzsiz elementdir” layihəsi ilə əlaqədar bir sıra tədbirlərlərini 05.06.2017-15.06.2017  tarixlərində Saatlı rayonunda həyata keçirib. Tədbirin məqsədi ictimaiyyətinin diqqətini təhsil məsələlərinə yönəltmək, Azərbaycan gənclərinin təhsil problemlərindən xəbərdar olduğunu, təhsilə biganə qalmadıqlarını göstərmək, təhsil  mədəniyyətin fərqli formada aşılanmasını təmin etməkdir. Nəticədə 250-yə yaxın məktəbli və tələbələrin respublikanın təhsilin  hazırkı vəziyyəti, keyfiyyətli təhsilin  qorunması istiqamətində atılan addımlarla yaxından tanış olub. Tədbirdə yerli dövlət qurumlarının nümayəndələri, vətəndaş cəmiyyəti nümayəndələri, media qurumlarının nümayəndələri və ekspertlər iştirak edib.

 

Xəbər xətti