Türk ordusu hücuma keçdi

17:02 - 30 İyun 2017 - Xəbər

Türk ordusu Suriyanın şimalındakı Afrin şəhərində YPG hədəflərini haubitsalarla atəşə tutub. Axar.az xəbər verir ki, bu barədə Sputnik məlumat yayıb. YPG terrorçularının türk ordusunun bombardmanına raket atəşi ilə cavab verdiyi bildirilir. Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin bu həftə sonu YPG-nin nəzarətində olan Suriyanın Afrin şəhərinə böyük əməliyyat təşkil edəcəyi bildirilib.

Xəbər xətti