Elçin Əmirbəyov birinci vitse-prezidentin köməkçisi təyin olunub

14:11 - 24 İyun 2017 - Xəbər

Elçin Əmirbəyov Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi təyin edilib. APA-nın xəbərinə görə, prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.
Qeyd edək ki, Elçin Əmirbəyov Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda (Vatikan Dövlətində) və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri idi. İyunun 23-də prezidentin sərəncamı ilə o, həmin vəzifələrdən geri çağırılıb. 

Xəbər xətti